"Qəbələ"nin yeni transferi

"Qəbələ" "Nürnberq"in müdafiəçisi Deyv Bultuisi heyətinə qatıb. 27 yaşlı hollandiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
 
1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına da Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub. 2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.

Newsport.az oyunçunun performansından hazırlanmış videonu təqdim edir:

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right