"Qəbələ" Hollandiya klubu ilə qarşılaşacaq

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir.

Newsport.az-ın məlumatına görə“Qırmızı-qaralar” gündə iki dəfə məşq keçir. Komandanın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Bu gün baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıb. Ruslan Qurbanovla Dion Malone isə fərqi məşqlə kifayətlənib.

“Qəbələ” sabah təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada komandamız Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right