"CBC Sport"un canlı yayımında: Top xanım müxbirin üzünə dəydi

Bu gün Avropa Liqasının “İnter” – “Mladost” oyunundan əvvəl xoşagəlməz hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, oyundan əvvəl Bakı klubunun məşqçi ilə müsahibə zamanı “CBC Sport”un xanım şərhçisi Səmra Əliyevə yüngül zədə alıb. Belə ki, canlı yayım zamanı top onun üzünə dəyib.

Bununla belə, S.Əliyevə özünü itirməyib və əsl jurnalist peşəkarlığı nümayiş etdirərək söhbəti yarımçıq saxlamayıb və yayıma davam edib.

Sonradan o, Feysbuk hesabında yazıb: “Gözümdə bir az ağrı var. Ümumilikdə hər şey yaxşıdır”.






Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right