Yakub Jezniçak: "Qarabağ"ın bir üzvü olduğum üçün çox xoşbəxtəm"

"Qarabağ"ın Polşanın "Legiya" klubundan Yakup Jezniçakı transfer etdiyi barədə məlumatı diqqətinizə çatdırmışdıq.

Newsport.az-ın məlumatına görə, polşalı müdafiəçi keçidi haqda öz fikirlərini yeni klubunun saytına bildirib:

“Azərbaycanın ən yaxşı komandasının - “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdı, çünki geridə qalan 13 ili “Qarabağ” kimi köklü klub olan “Legiya”da keçirmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik.

Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdü. Yayda sabiq komandam “Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right