"Kəpəz"in stadionu ən müasir ot örtüyü ilə təmin olunacaq

Bu gün “Kəpəz” yeni mövsüm üçün məşqlərə start verib.

Newsport.az saytının məlumatına görə, ilk hazırlıq prosesindən öncə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məşqçilər korpusu və futbolçularla görüşüb.

Müşahidə Şurasının sədri Elmir Vəliyevin komanda üzvlərinə salamını çatdıran Mikayıl bəy “Kəpəz”in yenə rəhbərliyin və azarkeşlərin etimadını doğruldacağına əmin olduğunu bildirib. Gəncə şəhər stadionunun əsas meydançasında görülən işlərlə bağlı məlumat verən Nərimanoğlu arenaya tezliklə yeni qazonun salınacağını deyib. Ən müasir ot örtüyü ilə təmin olunacaq stadionda “Kəpəz”in möhtəşəm qələbələrlə azarkeşləri sevindircəyinə inamını ifadə edib. Sonda Mikayıl Nərimanoğlu komandaya uğurlar arzulayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right