Premyer Liqamızda dopinq nəzarəti olacaq

Bu gün AFFA ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Qarşılıqlı Anlaşma haqqında Memorandum imzalanıb.

Newsport.az saytının məlumatına görə, tədbir assosiasiyanın inzibati binasında təşkil olunub.

AFFA-nın baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı Memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right