"Qarabağ" Bakıda ilk məşqə çıxdı

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ" Avstriyada təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb.

Newsport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu gün Bakıda ilk məşqinə çıxıb. Klubun bazasında baş tutan hazırlıq prosesində komandanın bütün futbolçuları iştirak edib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində 11 iyul tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right