"Kəpəz"də üç yeni futbolçu

“Kəpəz”in əvəzedici heyətinin 3 üzvü əsas komandaya dəvət alıb.

Newsport.az saytının məlumatına görə, yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov məşqçilər korpusunun etimadını qazanıb.

Adı çəkilənlər daimi qaydada əsas komandanın tərkibində yer alacaqlar. Beləliklə də onlar qarşıdakı mövsüm üçün əsas komandanın tam hüquqlu üzvü olacaqlar.

Qeyd edək ki, ötən çempionat ərzində hər 3 futbolçu ara-sıra əsas komandaya cəlb olunaraq adları oyunlar üçün iştirak ərizəsinə salınıb. Yay və qış toplanışı müddətində kollektivin tərkibində olub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right