"Qəbələ"də yeni baş məşqçi təyinatı

“Qəbələ” Futbol Klubunda yeni təyinat gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, Elmar Baxşıyev əvəzedicilərdən ibarət komandanın baş məşqçisi təyin olunub. Bu vəzifədən kənarlaşdırılan Hüseynqulu Quliyevi əvəzləyən 36 yaşlı Baxşıyev 2015-ci ildən məşqçi kimi çalışdığı komandaya rəhbərlik edəcək.

Futbolçu kimi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008), “Neftçi”nin (2008-2011) şərəfini qoruyan Baxşıyev karyerasını “Qəbələ”də (2012-2013) başa vurub. Azərbaycan çempionatlarında ən çox oyun keçirən 50 futbolçu arasında yer alan yarımmüdafiəçi 268 matçda 9 qol vurub. O, “Qəbələ”də hamısı çempionatda olmaqla 28 oyun keçirib.

2004-2009-cu illərdə Azərbaycan milli komandasının şərəfini qoruyan Baxşıyev yığmada 32 görüşdə iştirak edib. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik fəaliyyətinə başlayan çalışdırıcının ilk iş yeri “Neftçi”nin U-19 komandası olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right