"Neftçi" Xavinin komandası ilə qarşılaşacaq

"Neftçi”nin hazırlıq çərçivəində daha bir rəqibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubunun Bakıda iyunun 23-dək davam edəcək hazırlıq prosesində 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub. İyulun 12-də "Kəpəz”lə qarşılaşacaq "Neftçi”nin ayın 15-də, 19-da və 22-dəki rəqibləri dəqiqləşməyib.

İyulun 24-dən etibarən hazırlığa Avstriyanın Kirxdorf bölgəsində davam edəcək komanda ayın 26-da Almaniyanın "Şalke” klubu ilə yoxlama oyunu keçirəcək. Digər yoxlama görüşləri iyulun 30-da və avqustun 2/3-də baş tutacaq.

"Ağ-qaralar"ın "Şalke"dən sonra qarşılaşacaq daha bir  rəqibi də məlum olub. "Neftçi" Qətərin "Əl-Sədd" komandası ilə qarşılaşacaq. Oyunun başlama vaxtı isə açıqlanmayıb.

Qeyd edək ki, "Əl-Sədd"də "Barselona"nın və İspaniya millisinin sabiq kapitanı olan Xavi çıxış edir.

"Neftçi” avqustun 4-də Avstriyadakı hazırlığı başa vuraraq Bakıya qayıdacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right