"Qəbələ"nin yeni transferi zədələndi

Yeni mövsümə hazırlığı Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirən “Qəbələ” məşqlərini bərpa edib.

Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyunun 30-da keçirilən yerli “Qrodiq”lə yoxlama oyunundan (7:0) sonra bir günlük istirahətə buraxılan futbolçular bu gün növbəti məşqə çıxıb. “Qırmızı-qaralar” günü iki məşqlə tamamlayıb. 

Hazırlıq prosesində zədə problemini arxada qoyan Baqali Dabo da iştirak edib. Zədələnən İlqar Qurbanov isə komanda çalışmalarından kənar qalıb. Tellur Mütəllimovla Ruslan Qurbanov isə eyni səbəbdən fərdi məşqlə kifayətlənib.

Xatırladaq ki, “Qəbələ” növbəti yoxlama oyununu iyulun 4-də keçirəcək. Komanda Ukrayna “Dinamo”su (Kiyev) ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right