Millimizin üzvünün "Neftçi"yə keçidi rəsmiləşir

Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin "Neftçi"yə keçidi reallaşmaq üzrədir. 

Newsport.az saytının məlumatına görə, cinah futbolçusu Ukraynanın "Stal" klubundan ayrılıb. O, klubla gələn mövsümün sonuna qədər olan müqaviləsina qarşılıqlı razılıq əsasında xitam verib. 

Hazırda azad agent statusu daşıyan futbolçunun növbəti klubunun "Neftçi" olacağını isə daha öncədən məlumat vermişdik. "Ağ-qaralar"dan aldığımız son bilgiyə görə, artıq tərəflər arasında danışıqlar son mərhələdədir və futbolçunun Bakı klubuna keçidi 70-80 % faiz həlll olunub. 

Qeyd edək ki, Paşayev bundan öncə ölkəmizə "Qəbələ"nin vasitəsi ilə gəlsə də, "qırmızı-qaralar"dakı karyerası uğursuz alınmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right