Millimizin sabiq futbolçusu I Divizionda klubunu dəyişdi

Ordunun yaranmasının 100-cü ilində Premyer Liqaya vəsiqəni I divizionda qalib olaraq qazanmağı hədəfləyən MOİK heyəti gücləndirmək yolunda növbəti addımı atıb.

Newsport.az-ın məlumatına görə, "hərbçilər" son mövsümü "Zirə"də keçirmiş Cəmil Hacıyevi sıralarına qatıb. Avqustda 23 yaşı tamam olacaq müdafiəçi ilə 3 illik rəsmi müqavilə imzalanıb.

Hacıyev Premyer Liqada oyun 2014/15 və 2015/16 mövsümlərində "Sumqayıt"da daha sonra isə "Zirə" və "Şəmkir"də forma geyinib. Cəmil U-21 millimizin də şərəfini qoruyub. O, 2015-ci ildə 3 dəfə milli formanı geyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right