"Zirə"nin yeni transferi: "Fanatların sayı az olsa da, dəstəkləri möhtəşəm idi" MÜSAHİBƏ

"Zirə"nin yarımmüdafiəçisi Deivid Manqanın Newsport.az-a müsahibəsi...

 

- Avropa Liqasının ı təsnifat mərhələsinin ilk matçında "Differdanj"ı məğlub etdiniz. Qələbəyə necə şərh verərdin?

- Maraqlı qarşılaşma oldu. Rəqibi gözəl oyuna görə təbrik edirəm. Yolun yarısını keçmişik. Digər hissəsini də keçmək üçün əlimizdən gələni edəcəyik. Lüksemburqda bizi çətin oyun gözləyir.

 

-"Differdanj"ın gücü haqda nə deyə bilərsən? Rəqib sizinlə başa-baş mübarizə aparacaq əzimdə idimi?

- Hər komandanın oyun tərzi fərqlidir. Hər oyun da müxtəlifdir. Biz rəqibin gücündən asılı olmayaraq qələbə qazanmaq üçün meydana çıxırıq. Əgər onları ciddiyə almasaydıq, indi fərqli nəticə ola bilərdi.

 

- Oyundan sonra baş məşqçiniz Ayxan Abbasov sən də daxil olmaqla bir çox futbolçunu məşq elətdirdi. Buna səbəb nə idi?

- Burada qəribə heçnə yoxdur. Məşqçi razı qalmadığı oyunçuları matçdan dərhal sonra fiziki olaraq hazırlaşdır. Ayxan Abbasov çox oynamaq şansı qazanmayan futbolçuları bir az məşq elətdirmək qərarına gəldi. Bunu hörmətlə qarşılamalıyıq.

 

- Bu qələbədən sonra Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazandığınızı söyləmək olarmı?

- Bizi qarşıda çətin səfər matçı gözləyir. Gəlin, tələsməyək. Hələ ki, yolu yarılamışıq. Rəqib orada eynihesablı və ya daha çox qol vuraraq qələbə qazana bilər. Hər şey Lüksemburqdakı matçdan sonra bəlli olacaq.

 

- Azarkeşlərin bu qədər az olacağını gözləyirdinmi?

- Fanatların sayları az olsa da, dəstəkləri möhtəşəm idi. 2 azarkeş gəlsə idi də, meydanda mübarizə aparmaq məcburiyyətindəyik. Stadiona gəlib bizə dəstək olan fanatlarımıza təşəkkür edirəm.

 

- "Zirə"yə yeni transfer olmusan. Komandaya uyğunlaşmaqda problem yaşamadın ki?

- İyundan bəri birgə hazırlıq keçirik. Boludakı təlim-məşq toplanışında bir-birimizi yaxından tanıdıq. Düşünürəm ki, uyğunlaşmaq problemi yaşamıram. Hər şey qaydasındadır. İndi əsas istəyim daimi olaraq "Zirə"nin heyyətində oynamaqdır və Avropa Liqasında uğurlu çıxış etməkdir.

İLKİN Sultanlı





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right