"İnter" üçün ukraynalı hakimlər

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "İnter" - "Mladost" matçını idarə edəcək hakimlərinin adları bəlli olub.

 

Newsport.az-ın məlumatına görə, Bakıda baş tutacaq qarşılaşmada ədaləti ukraynalı referilər qoruyacaq.

 

Oyunu Nikolay Balak idarə edəcək. Ona həmyerliləri - Vladimir Bolodin və Aleksandr Korniko köməklik edəcəklər.

 

Dördüncü hakim funksiyasını isə Anatoli Xavçenko yerinə yetirəcək.

 

Qeyd edək ki, "İnter" - "Mladost" oyunu iyulun 6-da "Dalğa Arena"da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right