"Zirə"nin futbolçusu inana bilmir: "Bu nəticə mənim üçün real deyil"

"Bu oyuna çox ciddi və məsuliyyətli hazırlaşmışdıq. Qalib gəlməyi çox istəyirdik. Xoşbəxtəm ki, bunu bacardıq. Bu, tarixi qələbədir". Bu sözlər "Zirə"nin futbolçusu Milan Duriçə məxsusdur. 

Newsport.az saytına açıqlama verən yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubuna qarşı keçirdiyi matçı dəyərləndirib. O, hesabda üstün olduqlarını, amma cütün taleyinə cavab oyunundan sonra aydınlıq gələcəyini deyib: "Məncə, cütün taleyi həll olunmayıb. Bizi çətin və vacib cavab oyunu gözləyir".

Futbolçu Avropa Liqasındakı hədəflərindən də danışıb: "Əlimizdən gələn hər şey edirik. Bacardığımız qədər irəli getmək istəyirik. Ümid edirik ki, hər şey yaxşı olacaq".

Serbiyalı futbolçu ölkəsinin "Mladost" klubunun Bakı "İnter"inə məğlubiyyətindən də söz açıb: "Həqiqətən də mənim üçün sürpriz bir nəticə qeydə alındı. "Mladost"un çox yaxşı futbolçuları var. Hətta məndə serbiyalı jurnalist "İnter barədə soruşmuşdu və söyləmişdim ki, Bakı klubu yaxşı komandadır və uzun müddət birgə oynayırlar. Ancaq 0:3 hesablı nəticə mənim üçün real deyil".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right