"İnter" cavab oyununa hazırlığa Serbiyada başladı

"İnter" Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Mladost" klubu ilə cavab oyununa hazırlığa başlayıb.

Newsport.az-ın məlumatına görə, Zaur Svandzenin komandası Luçani şəhərində 3:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra istirahət etməyərək bu gün məşqə çıxıb.

Təmsilçimiz bu axşam Serbiya paytaxtına yollanaraq ordan Belqrar-İstanbul-Bakı hava reysilə Vətənə dönəcək.

Xatırladaq ki, "İnter" - "Mladost" oyunu iyulun 6-da saat 21:00-da "Dalğa Arena"da keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right