"Zirə" və "İnter"in qələbələri UEFA reytinqində irəliləməmizə səbəb oldu

Avrokuboklarda yeni mövsümə 2 qələbə ilə start verən klublarımız ölkəmizin UEFA-nın klub reytinqində əmsalını artırıb.

 

Newsport.az-ın məlumatına görə, 2017/18 mövsümünə 14.750 xalla başlayan Azərbaycanın reytinqi daha da çoxaldıb.

 

“Zirə”nin evdə Lüksemburq “Differdanj”ı, “İnter”in səfərdə isə Serbiya “Mladost”u üzərində qələbəsi Azərbaycanın xal ehtiyatını 0.500 vahid artıraraq15.250 xalla 55 ölkə arasında 23-cü olmasına səbəb olub.

 

Müvafiq olaraq, siyahıda 21 və 22-ci pillələrdə yer alan Belarus və Bolqarıstan elə də uzaq deyil. Hazırda belarusluların 15.700, bolqarların isə 15.625 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right