Azərbaycan çempionatında yeni klub - Ramin Musayev açıqladı

"Zirə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Lüksemburqun "Düdelanj" klubunu 2:0 hesabı ilə məğlub edib.
 
Newsport.az xəbər verir ki, oyunu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də olub. PFL rəsmisi oyundan sonra jurnalistlərə müsahibə verib.
 
- Sevindirici haldır ki, “Zirə” avrokuboklarda ilk oyununda qalib gəldi. Düzdü, oyunda futbolçular arasında anlaşılmazlıq olurdu. Bu da təbii haldır. Komandaya yeni futbolçular gəlib. “Zirə” daxili çempionatda tamamilə fərqli komanda olacaq. Bu oyunda Kervan Belforun oyununu xüsusi qeyd edərdim.
 
- Amma “Zirə” bu heyətlə Premyer Liqada oynaya bilməz…
- . Təbii ki, olmaz. Ayxan Abbasova uğurlar arzu edirəm. Çoxları bildirirdi ki, “Zirə” oyun göstərə bilməyəcək. Ayxan Abbasov isə sübut etdi ki, komanda hazırdır. Ayxan öz balamızdır, ona yalnız uğurlar. Oyundan razı qaldım.
 
- Klublarımızdan avrokuboklarda hansı nəticəni gözləyirsiz?
- İstəyirəm ki, klublarımız qalib gəlsin. Amma bu, futboldur. Nəsə demək çətindir.
 
- Premyer Liqaya nə vaxt start veriləcək?
- Avqustun ortalarında.
 
- I Divizionla bağlı vəziyyət nə yerdədir?
- Siyahıda 10 komanda var. Yeni komanda “Binə” çox həvəslidi. Bütün standartlara uyğun gəlirlər.
 
- Söz-söhbət gəzir ki, “Şəmkir” dağılacaq. Qərb təmsilçisi I Divizionda oynayacaq klublar arasında var?
- “Şəmkir”in orda olması barədə məlumat yoxdur. Bizə müraciət edilməyib. Məktub yollanmayıb. Püşkatma gününə qədər təklifləri gözləyəcəyik. Sentyabrın ortasında çempionat başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right