"İnter" üçün 2 yeni sponsor ÖZƏL

Bu gün Avropa Liqasının I təsnifat mərhələsində Serbiyada "Mladost"la qarşılaşacaq "İnter"in maliyyə durumu düzəlmək üzrədir.

Newsport.az-ın özəl məlumatına görə, paytaxt təmsilçisi 2 yeni sponsor tapıb.

Yeni mövsümdən etibarən "İnter"i "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı və "Bank BTB" maliyyələşdirəcək. 

Əldə etdiyimiz məlumata görə, "Aqrarkredit" "İnter Arena"nın səhmlərini alıb və stadion artıq onların nəzarətindədir. "Bank BTB" isə komandanın maliyyə problemlərini ödəyəcək. 

Yeni sponsorların tapılmasında "İnter"ə Maliyyə Nazirliyi kömək edib. "Beynəlxalq Bank"ın imtinasından sonra yuxarı dairələrdən komandanın fəaliyyətinin davam etdirilməsi ilə bağlı nazirliyə tapşırıq verilib. Bundan sonra yeni sponsorlarla danışıqlar başlanılıb və komanda "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı və "Bank BTB"nin nəzarətinə verilib. 

Qeyd edək ki, tezliklə "İnter"in loqosu yeni sponsorlara uyğun olaraq dəyişdiriləcək. Bu prosesin başlanılması komandanın yeni avtobusunda öz əksini tapıb.

İlkin Sultanlı





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right