“Özümüzə gəlmişik” - Məlikov

İyunun 22-dən etibarən hazırlığa start verən “Sumqayıt” klubu toplanışın birinci mərhələsini bu gün dəniz kənarında qaçışla yekunlaşdırıb. Bir gün istirahət edəcək komanda daha sonra yoxlama görüşlərinə start verəcək.

Newsport.az-ın məlumatına görə, toplanışın startı ilə bağlı komandanın təcrübəli üzvü Rail Məlikov bunları söyləyib:

“Hazırlıq mərhələsində intensiv məşqlər edirik. 1 həftə çox yaxşı məşqlər elədik. İstirahətdən sonra özümüzə gəlmişik. İkitərəfli oyun oynadıq, daha sonra dəniz kənarında qaçdıq. Fiziki durumun qənaətbəxş olduğunu deyə bilərəm. Bilirsiniz ki, çempionatda hər komandanın bir üstünlüyü var. Kimi taktiki gedişlərlə, kimi texnikası ilə seçilir. “Sumqayıt” klubu isə fiziki göstəriciləri ilə bir addım öndədir. Biz hər zaman futbolu sona qədər oynamağa çalışmışıq. Komandaya yeni futbolçular da qoşulub. Düşünürəm ki, onlar bizə kömək olacaqlar. Amma daha çox yoxlama görüşündə hər şey bəlli olacaq. Bundan əlavə kollektivdə yüksək mehribanlıq var. Həm rəhbərlik, həm də məşqçilər korpusu tərəfindən futbolçulara diqqət yetərincədir. Bu çox vacib amillərdən biridir”.

Qeyd edək ki, Rail Məlikov “Sumqayıt” klubunun kapitanlarından biridir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right