"Sumqayıt"ın layihəsinin 3-cü mərhələsi start götürdü

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt"ın təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsində 3-cü, sonuncu mərhələyə də start verilib.

 

Newsport.az-ın məlumatına görə, bu mərhələdə 34 məktəbli iştirak edir.

 

3 gün davam edəcək sonuncu mərhələyə iyunun 30-da yekun vurulacaq.

 

Ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatıldığı "Yay Futbol Düşərgəsi" layihəsi 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 300-dən çox məktəbli bu seminarın iştirakçısı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right