Ayxan Abbasov: "Bütün futbolçularım meydana çıxıb vuruşmağa hazırdır"

Sabah Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" "Differdanj"ı qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, oyundan öncə "qartallar"ın baş məşqçisi Ayxan Abasov qarşılaşmanı şərh edib:

"Darıxmışdıq futbol üçün. İlk oyunun Bakıda olması müsbət haldır. Sabah çalışıb qələbə qazanmağa çalışacağıq"

- Komandada yeni transferlər var. Onlar adaptasiya olublarmı? Rəşad Sadiqovun vəziyyəti necədir?

- Hər şey qaydasındadır. İstədiyimiz futbolçuları transfer etmişik. Zədəli futbolçumuz yoxdur. Rəşadın da vəziyyəti yaxşıdır.

- Müsahibələrinizdə sanki rəqibdən çəkindiyinizi hiss elətdirirsiniz?

- Bu, qorxmaq deyil. 

- Komandaya psixoloji olaraq nəyi aşılayırsınız?

-Belə rəqiblərdə bizdə psixoloji təzyiq olur. Hamı bizi favorit hesab edir. Bu da futbolçular üzərində təzyiqdir. Çalışırıq ki, nə arxayın olaq, nə də motivasiya ilə oyuna çıxaq. Çalışırıq ki, orta səviyyədə olaq.

- Anar Nəzirov kapitan kimi vəzifəsinin öhdəsindən gələ biləcək?

-Elvin Məmmədovun gedişindən sonra bu işi görməli kimsə lazım idi. Anar Premyer Liqada çıxış etdiyimiz müddətdən "Zirə"də çıxış edir. Keçən mövsüm bir çox oyunlarda kapitan kimi oynayıb. Ümid edirəm ki, sabah bu vəzifəsini layiqincə yerinə yetirəcək.

- Meydana çıxacaq ilk "11-lik" bəllidir?

- Bu dəqiqə heyyəti açıqlamaq istəmirəm. Əsas məqsədim komandada rəqabət yaratmaqdır. Düşürəm ki, sabah bütün futbolçularım meydana çıxıb vuruşmağa hazırdır.

- Hansı oyun üslubundan istifadə edəcəksiniz?

- Premyer Liqa matçlarında beşli müdafiədən istifadə edirdik. Hamı düşünürdü ki, müdafiə futbolu oynayırıq. Bu sistemdən istifadə edib uğurlu nəticə əldə edən komandalar çoxdur. Sabah oyuna 4-5-1 sistemindən istifadə edəcəyik.

- İndidən "Astra" haqda düşünürsünüzmü?

- Açığı yox. Sadəcə Avstriyada olanda oyunlarını izləmişik. Hazırda bu haqda düşünmürəm. İndi 2 çətin qarşılamamız var.

- Transfer bazarında aktiv idiniz. Hansısa mövqedə yeni futbolçuya ehtiyacınız varmı?

- Düşünürəm ki, yaxşı transferlər etmişik. Amma yenə də bir müdafiəçi və hücumçu transfer etmək istəyirəm. Yerli futbolçu da heyyətə qatmaq niyyətimiz var.

- 8 komandalı çempionatın acısını çəkəcəyinizi düşünmürsünüz?

- Biz də istəyərdik ki, daha çox klub olsun. 10-12-14 olması daha yaxşı olardı. Amma çempionat oyunları Avropa Liqası matçlarından fərqlidir. Bizim bircə təsir edəcək məqam var. Bizdə çempionat daha tez bitdi, onlarda isə gec. Bu, sabahkı oyuna təsir edə biləcək.

- Sabahkı matçda azarkeş baxımından problem yaşamayacaqsınız ki?

- Mərdəkan Zirəyə yaxın qəsəbədir. Yerli fanatlar düşünürəm ki, bizə dəstək olacaqlar. Həm azarkeşlər də bu məsələdə olduqca fəaldırlar. Sabah azarkeş problemimiz olmayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right