AFFA Premyer Liqa klublarını 2 şərt qarşısında qoydu

AFFA yeni tələb/təklif/şərtlə onların qapısını döyməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, federasiya növbəti mövsümdən etibarən daha bir yenilik etməyi planlaşdırır: Elita təmsilçiləri ya çimərlik futbolu, ya da futzal üzrə komanda yaratmalı və ölkə çempionatına buraxmalıdı.

Hələlik müəyyənləşməyib ki, hansı biri olacaq. Bu, onlarla aparılacaq danışıqlardan asılıdı. Qurumdan redaksiyamıza bildirilib ki, məsələ çox ciddi qoyulub və bunun müqabilində klublara maliyyə dəstəyi verilməyəcək. Yəni, hər bir iştirakçı öz imkanı daxilində bu əziyyətə qatlaşmalıdı.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right