"Qəbələ" başladı

"Qəbələ” 2017/18 mövsümünə hazırlıq çərçivəsində ikinci təlim məşq-toplanışına start verib.

 

Newsport.az-ın məlumatəna görə, “qırmızı-qaralar” iyunun 27-də Avstriyanın Zalsburq bölgəsində bir araya gəlib. Komanda toplanışın ilk gününü bir məşqlə tamamlayıb.

 

Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələrinin bu günə iki məşqi nəzərdə tutulub. İlk hazırlıqda fiziki hazırlıq üzərində çalışacaq komanda günün ikinci yarısında meydanda məşq edəcək.


Xatırladaq ki, iyunun 3-də Bakıda bir araya gəlib, ayın 7-23-də Avstriyanın Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Bu müddətdə komandamız üç yoxlama oyununda qüvvəsini sınayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right