“Neftçi”yə qayıtdığım üçün sevinirəm"

“Neftçi” dogma, futbola göz açdığım komandamdır. Bu komandaya qayıtdığım üçün sevincliyəm”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.

Ötən mövsümü icarə əsasında “Sumqayıt”da keçirən 22 yaşlı yarımmüdafiəçi yenidən “Neftçi”yə qayıtdığı üçün sevincli olduğunu bildirib: “Məşqlər hələ ki fiziki hazırlıq üzrə keçir. Əhval-ruhiyyə yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, "Neftçi” əvvəlki günlərində olduğu kimi oynasın. Azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. "Sumqayıt”da olduğum müddətdə də mənə böyük dəstək oldular. Çalışacağam ki, bundan sonra daha artıq dəstək göstərsinlər”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right