"Şüvəlan" məşqlərə başlayır

Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq “Şüvəlan” klubunun məşqlərə başlayacağı tarix məlum olub. Komanda iyulun 3-də bir araya gələcək.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Aqil Nəbiyev klubun rəsmi “facebook” səhifəsinə toplanış barədə məlumat verib:

“Demək olar ki, yenidən komanda qururuq. Ona görə bir az tez toplaşmağa qərar verdik ki, bəzi futbolçuları yoxlanışdan keçirək. Mövsümün startına qədər komandanı yaxşı hazırlamağa çalışacağıq. Bu müddətdə bir neçə yoxlama matçı keçirməyi də planlaşdırırıq”.

Qeyd edək ki, “Şüvəlan” klubu heyətə qatmaq istədiyi bəzi futbolçularla razılığa gəlib. Yaxın günlərdə həmin transferlər rəsmiləşəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right