"İnter"in yeni sponsoru bəlli oldu İDDİA

Beynəlxalq investor xidməti Moody's Azərbaycanın 4 bankının reytinqini aşağı salıb və göstəricilərinin pisləşdiyi barədə xəbərdarlıq edib. Bunlar bank-maliyyə sistemində aparıcı mövqelər tutan “Xalq Bank”, “Bank Respublika”, “Bank of Baku” və “Bank VTB Azərbaycan”dı.

 

Agentlik hər dörd bankın yerli və xarici valyuta üzrə uzunmüddətli depozit reytinqi perspektivlərinin neqativ olduğunu bildirir. Agentlik qeyd edir ki, bank sektorunda uzun müddətdi hökm sürən əlverişsiz şərait və milli valyutanın devalvasiyasının neqativ təsirləri, o cümlədən aktivlərin keyfiyyətinin xeyli pisləşməsi, qaytarılmayan kreditlərə görə yaranan ziyan və digər amillər bu bankların göstəricilərini pisləşdirib.

 

Moody's hesab edir ki, Azərbaycan banklarına təzyiqlər bundan sonra da qalmaqda davam edəcək. Bu, kreditləşmə perspektivləri və ziyan, rezervlərə düşən böyük yük və əlavə rekapitalizasiyanı tələb edən sərt nizamlama, dollarlaşma səviyyəsinin yüksək olaraq qalması ilə bağlıdı. Agentlik “VTB Bank”ın (Azərbayan) reytinqini b2 səviyyəsindən b3 səviyyəsinə endirib, bunu bankın aktivlərinin keyfiyyətinin xeyli pisləşməsi ilə izah edib.

 

Bildirilir ki, bankın problemli kreditlərinin həcmi ümumi kredit portfelinin 75.8 faizinə qədər artıb, bunun əsas səbəbi xarici valyuta üzrə kreditlərin ödənilməsi vəziyyətinin pisləşməsidi. Lakin agentlik qeyd edir ki, bankın kapitallaşması hazırda normativlərə uyğundu, çünki Rusiyanın VTB Bank-ı kapitallaşma ilə bağlı tələbləri ödəmək üçün banka əlavə yatırım edir. Gözlənilir ki, yaxın 6 ayda bankın səhmdarları əlavə kapital yatıracaqlar.

 

Bu bankı artıq "İnter"lə heç nə bağlamır. Newsport.az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) imtinasından sonra maliyyə dayaqlarını itirən kluba bundan sonra "Bank BTB" sponsorluq edəcək. Bakı Ticarət Bankı ilə aparılan danışıqlar, nəhayət ki, uğurla nəticələnib. Sözügedən bank iyulun 1-dən etibarən Premyer Liqanın bürünc medalçısını himayəsinə götürəcək. 

 

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC (lisenziya №254) hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir. Bura istehlak və biznes kreditləri, əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlarla əməliyyatlar, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. daxildi.

 

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right