Sinan Öztürk: "Gəncə stadionunda Hollandiya, Türkiyə və Holıandiyadan olan mütəxəssislər çalışır"

AFFA-nın vəsaiti hesabına Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi davam edir.

Newsport.az-ın məlumatəna görə, arenanın əsas meydançasında görülən işlər İrlandiyanın SİS şirkəti tərəfindən aparılır.

May ayının 11-dən startı verilən işlərin gedişi haqda şirkətin nümayəndəsi Sinan Öztürk "Kəpəz"in rəsmi saytına açıqlama verib:

"Hazırda avtomatlaşdırılmış suvarma sisteminin çəkilişi ilə məşğuluq. Yaxın 3-4 günə bu işlər yekunlaşmalıdı. Bundan əvvəl drenaj sistemini çəkmişik, əsas borunu şəhərin kanalizasiya xəttinə birləşdirmişik. Əraziyə 15 sm qalınlığında şeben vermişik, indi 20 sm qum qatını tökməyə başlayacağıq. Daha sonra torfla qumu qarışdırıb meydana verəcəyik. Bunlar bitdikdən sonra səpin prosesi başlayacaq".

Öztürkün sözlərinə görə, görülməsi planlaşdırılan işlər qrafik üzrə gedir və heç bir axsama yoxdu:

"Hər şey qaydasındadı, problemimiz, çətinliyimiz yoxdu. İşlərimiz plan üzrə davam edir. Gələn ayın 20-də səpin prosesi bitmiş olacaq. Meydançada Hollandiya, Türkiyə və Rusiyadan olan mütəxəssislər çalışır. Görülən işlərə bizimlə uzun zamandır ki, çalışan təcrübəli yerli işçilər də dəstək verir. Ayrıca olaraq ot örtüyünə qulluq edəcək işçilər də inşaata nəzarət edirlər. Gələcəkdə hər hansı bir sual yaranarsa, onlar artıq bütün işlərdən xəbərdar olduqları üçün çətinlik cəkməyəcəklər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right