2 futbolçusu "Qarabağ"dan ayrı düşdü

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” ötən günü tək məşqlə tamamlayıb.

Newsport.az-ın məlumatına görə, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən hazırlıq meydanda baş tutub və təxminən 90 dəqiqə davam edib.

Sofiya MOİK-i ilə yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, komandanın digər futbolçuları isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb. İki futbolçu - Riçard Almeyda və Dani Kintana isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. 

Qeyd edək ki, komandanın bu gün üçün iki məşqi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right