“Qarabağ” planını təxirə saldı

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” klubunun futbolçu transfer etmək niyyətində olduğunu xəbər vermişdik. Qurban Qurbanov, müdafiənin mərkəzi, sol cinahı və sırf hücumçu transfer edilməsi üçün hərəkətə  keçmişdi.

Newsport.az saytının məlumatına görə, “Qarabağ” mərkəz müdafiəçisi mövqeyinə oyunçu tapsa da, son anda fikrindən vaz keçib. Bizdə olan məlumata görə, “Qarabağ”ın hazırkı məqsədi sırf hücumçu transfer etməkdi.

Qeyd edək ki, “Qarabağ”da mərkəz müdafiəçisi mövqeyində Rəşad Sadıqov və Bədavi Hüseynov cütlüyü çıxış edir. Bu cütlük milli komandanın da əsas müdafiəçiləri sayılır. 

Futbol11.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right