"Sumqayıt"ın layihəsinin 2-ci mərhələsi başa çatdı

Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB-nin dəstəyi və "Sumqayıt" Futbol Klubunun (FK) təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsi də başa çatıb.

Newsport.az-ın məlumatına görə, bu gün "Kapital Bank Arena"nın konfrans zalında "Yay Futbol Düşərgəsi" layihəsinin 2-ci mərhələsinin mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə “Sumqayıt”ın Müşahidə Şurasının sədri Abdulla Məmmədov, futbol veteranları Telman Salahov, Sabir Əliyev, məşqçi heyəti Hikmət Hüseynov, Elşad Eyvazov, Zahir Əsgərov, “Sumqayıt” FK-nın baş məşqçisi Samir Abasov, əsas komandanın üzvləri – Bəxtiyar Həsənalızadə və yeni transferimiz Cavid İmamverdiyev iştirak edib.

Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, ümumilikdə, 48 məktəbdən 100-dən artıq məktəblinin qatılacağı bu layihə 2014-cü ildən "Kapital Bank" və "Paşa Həyat Sığorta"nın sponsorluğu ilə keçirilir və bu müddət ərzində 300-dən çox məktəbli bu seminarın iştirakçısı olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right