"Qəbələ"dən daha bir transfer RƏSMİ

2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir transfer gerçəkləşdirib.

Newsport.az-ın məlumatına görə, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales və Stiven Jozef-Monrozla anlaşan “qırmızı-qaralar” Dion Maloneni də heyətinə qatıb.

Surinam əsilli hollandiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

Surinamda anadan olan 28 yaşlı sağ cinah müdafiəçisinin karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək “Omnivorld” adlanan klub sonradan adını dəyişərək “Almere Siti”yə çevrilib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right