"Qarabağ" uduzdu YENİLƏNİB

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu Bolqarıstanın SSKA klubu ilə qarşılaşıb. Bu görüşdə Qurban Qurbanovun komandası 2:5 hesabı ilə məğlub olub. "Qarabağ"da qolları Ağabala Ramazanov və Dino Ndlovu vurublar.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama görüşündə "Axmat"a (Rusiya) 0:1 hesabı ilə uduzub.


24 iyun

Yoxlama oyunu

20:00. "Qarabağ" - SSKA (Bolqarıstan) - 2:5 

"Qarabağ":
 Şahruddin Məhəmmədəliyev (İbrahim Şehiç, 46) Elgün Uluxanov, (Bədavi Hüseynov, 60),  Elvin Yunuszadə, Arif Daşdəmirov, (Maksim Medvedev, 60),  Ansi Aqolli, Abbas Hüseynov, (Rahid Əmirquliyev, 46), Miçel (Qara Qarayev, 60), Coşqun Diniyev, Ağabala Ramazanov (Əfran İsmayılov,  60),  Elşən Abdullayev (Mahir Mədətov, 46),  Dino Ndlovu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right