“Qarabağ”ın ilk legioner transferi RƏSMİ

Qarşıdakı mövsüm  üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu ukraynalı qapıçı Anton Kanibolotski ilə 2 illik müqavilə imzalayıb.

Qolkiper artıq çempionumuzun Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub. Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı "çərçivə qoruyucusu" geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right