"Səbail"in hazırlıq planı məlum oldu

"Səbail" klubunun Türkiyə toplanışının vaxtı və yeri açıqlanıb. 
 
Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının debütantı iyulun 10-da Türkiyənin Kocaeli şəhərinin Kartepe qəsəbəsinə təlim-məşq toplanışına yollanacaq. 
 
18 günlük hazırlıq müddətində Samir Əliyevin baş məşqçi olduğu kollektiv 4 ulduzlu "Green Park Kartepe Resort" otelində qalacaq. 
 
Bu müddətdə 5 yoldaşlıq görüşü nəzərdə tutulub. Sınaqçı rəqiblərin adları yaxın günlərdə açıqlanacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right