Hakimlərimiz Çempionlar Liqasına təyinat aldı

Daha bir hakimimiz 2017-18 mövsümünə ilk təyinatını alıb.

 

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Rəhim Həsənov və Ömər Paşayevdən sonra digər FİFA referimiz Əliyar Ağayev də beynəlxalq arenada oyun idarə edəcək.

 

Qitə futbol qurumu Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 18-də və ya 19-da keçiriləcək “Rusenborq” (Norveç) – “Dundalk” (İrlandiya) oyununu məhz Ağayevə həvalə edib.

 

Norveçdəki görüşdə ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right