AFFA-da liqalarla bağlı görüş keçiriləcək

İyunun 23-də AFFA-da liqalarla bağlı toplantı olacaq.

Newsport.az-ın məlumatına görə, saat 12:00-da federasiyanın Futbol Akademiyasının iclas zalında U-10, U-11, U-12, Coca-Cola U-13, U-14 Liqalarının Bakı zonasının, eləcə də Boulevard Hotel U-15, U-16, Bakcell U-17 və U-19 Liqalarının 2017-18-ci il mövsümünün təşkilinə hazırlıq məqsədilə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi komanda nümayəndələri ilə görüş keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right