"Çatışmazlıqlarımız var" - Qurban Qurbanov

"Avstriyada ilk oyunumuz idi".

Newsport.az-ın məlumatına görə, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdur. 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdam təmsilçisi bu gün Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. "Atlılar" Rusiyanın "Axmat" klubuna məğlub olub - 0:1.

Matçdan sonra fikirlərini klubun rəsmi saytına bildirən mütəxəsis futbolçularından razı qaldığını deyib: Futbolçularım çox istəkliydi, bu da çox yaxşı haldı. Düzdür, çatışmazlıqlarımız var və bunların üzərində çalışmalıyıq. İstənilən halda futbolçularımın istəkli olması məni razı saldı”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right