“Qəbələ” Kiyev “Dinamo”su ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” daha 3 yoxlama oyunu keçirəcək.

Newsport.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” iyunun 30-da Albaniyanın “Kukesi”, iyulun 4-də isə Ukraynanın “Dinamo” klubu ilə qarşılaşacaq. İyul ayının 8-i üçün nəzərdə tutulan yoxlama oyunu üçün isə hələlik rəib müəyyənləşməyib.

Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışının 1-ci mərhələsinə iyunun 22-də Bolqarıstan çempionu “Ludoqorets”ə qarşı görüşlə yekun vuracaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right