"Zirə" Avropa Liqası üçün 22 futbolçu sifariş etdi

"Zirə" klubunun futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi üçün sifariş ərizəsi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, UEFA-ya göndərilən 22 nəfərlik siyahıya 3 qapıçı, 6 müdafiəçi, 10 yarımmüdafiəçi və 3 hücumçu daxil edilib.

Oyundan bir gün əvvələdək siyahıya daha 1 oyunçu daxil edilə bilər.

Qapıçılar: 1. Anar Nəzirov, 85. Kamal Bayramov, 62. Abdulla Seyidəhmədov;

Müdafiəçilər: 28. Təmkin Xəlilzadə, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 39. Sadiq Quliyev, 3. Josef Bum;

Yarımmüdafiəçilər: 4. Vüqar Mustafayev, 6. Rəşad Sadiqov, 7. Orxan Əliyev, 8. Milan Duriç, 9. David Manqa, 11. Viktor İqbekoyi, 17. Vüsal İsgəndərli, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 99. Nicat Qurbanov;

Hücumçular: 10. Kervan Belfor, 19. Elgün Nəbiyev, 43. Riçard Qadze.

Qeyd edək ki, "Zirə" Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburq "Differdanj"ı ilə üz-üzə gələcək. İlk oyun iyunun 29-da evdə, cavab görüşü iyulun 6-da səfərdə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right