“Samtredia”nın üstünlüyü odur ki, ... " - Rəşad Sadıqov

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuyla qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, ağdamlıların kapitanı Rəşad Sadıqov püşk haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

"Çempionlar Liqasında hər ölkənin çempionları mübarizə aparır.  4-5 ölkə var idi ki, onların çempionlarıyla oynamaq istəməzdim,  bunlardan biri də Gürcüstan idi. Çünki Gürcüstan futbolu həmişə özünəməxsusluğuyla seçilib. Rəqibimiz də ötən mövsüm çempion olub. Komandanı yaxşı təhlil edib daha yaxından tanımağa çalışacağıq.  Şansları bərabəri dəyərləndirirəm. Cavab oyunun səfərdə olması isə rəqib üçün üstünlükdür.  “Samtredia”nın daha bir üstünlüyü odur ki,  Gürcüstanda hal-hazırda çempionat davam edir. Bizim komanda isə istirahətdən gəlir və bir çox futbolçumuzun oyuna qədər optimal forma yığması çox çətin olacaq,  vaxtımız da azdır. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik,  inşallah oyuna yaxşı hazırlaşıb lazım olan nəticəni qazanmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right