“Zirə” Georgi Hacinin komandasına məğlub oldu YENİLƏNİB

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə” klubu Türkiyənin Bolu bölgəsində keçirdiyi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz son Rumıniya çempionu “Vitrolul” komandası ilə qarşılaşıb. Qarşılaşma məşhur veteran futbolçu Georgi Hacinin baş məşqçisi və prezidenti olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qəsəbə təmsilçisinin yeganə qoluna yeni transfer Orxan Əliyev imza atıb.

Qeyd edək ki, buna qədər Boluda 2 yoxlama görüşü keçirmiş “Zirə” əvvəlcə “İnter”ə (2:0), ardınca isə Kamerunun “Columbe Sportive” klubuna (8:0) qalib gəlib.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right