"Qarabağ"ın Avstriyada növbəti günü

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” 3-cü günü bir məşqlə başa vurub. 

 

Newsport.az-ın məlumatına görə, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib.

 

Hazırlıqda fiziki və toplu çalışmalara üstünlük verilib.

 

Xatırladaq ki, "Qarabağ" iyunun 20-də təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq və matç Bakı vaxtıyla saat 19:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right