"Əsas hədəfimiz maksimum irəliləməkdir" - "Mladost"un baş məşqçisi

"Demək olar ki, rəqibimizi yaxşı tanımırıq. Vaxtımız var, rəqibimizin oyununu təhlil edəcəyik və layiqli mübarizə aparmağa çalışacağıq". Newsport.az xəbər verir ki, bu sözlər Serbiyanın "Mladost" klubunun baş məşqçisi Nenad Milovanoviçə məxsusdur. 

Luçani təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində Bakının "İnter" klubuna rəqib olub.  

Ölkəsinin mətbuatına açıqlama verən 47 yaşlı mütəxəssis fikirlərini bildirib. O, "İnter"i üstələməyə çalışacaqlarını deyib: "Mən və futbolçularım məsuliyyəti dərk edirik. Ölkəmizi turnirdə layiqli təmsil etməyə çalışacağıq. Əsas hədəfimiz maksimum irəliləməkdir".

Çalışdırıcı evdə keçirəcəkləri ilk oyunda qolsuz heç-heçəyə razı ola biləcəklərini deyib: "İlk oyunu evdə keçirəcəyik. Doğma medanda qol vursaq, möhtəşəm olar. Amma qolsuz heç-heçə də pis olmaz" 

Qeyd edək ki, ilk oyunlar iyunun 29-da, cavab görüşləri isə iyulun 6-da keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right