“Qəbələ”, “İnter” və “Zirə” 2-ci təsnifat mərhələsindəki rəqiblərini tanıdı

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atıllb.

Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil qərargahında baş tutan mərasimdə ölkəmizi qitənin ikinci dərəcəli klub turnirində təmsil edəcək üç komandanın - “Zirə”, “İnter” və “Qəbələ”nin də rəqibləri müəyyənləşib.

Mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək “İnter” Serbiyanın “Mladost” komandası ilə görüşəcək. İlk oyun səfərdə baş tutacaq. Eyni mərhələdən mübarizəyə qoşulacaq “Zirə” isə Lüksemburq “Differdanj”ı ilə düşüb. Zirəlilər ilk oyunu evdə keçirəcək.

Daha sonra 2-ci təsnifat mərhələsinin püşkü atılıb. “Mladost” - “İnter” cütünün qalibi “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) duelinin güclüsü ilə görüşəcək. “Zirə” – “Differdanj”ın cütünün qalibinin rəqibi isə “Astra” (Rumıniya) olacaq. 

Yarışa birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq “Qəbələ” “Yagelloniya” (Polşa) - “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi ilə rəqib olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right