Fuad Musayev dəfn olundu

Bu gün AFFA-nın sabiq prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib. 

Newsport.az-ın məlumatına görə, Təzə Pir məscidində təşkil olunmuş mərasimə mərhumun yaxınlarından əlavə, Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllimov, Milli Məclisin deputatları Arif Rəhimzadə, Vahid Axundov, Səbail rayon icra başçısı Eldar Əzizov, AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev və digər futbol veteranları iştirak ediblər.

Cənazə namazının ardından mərhum Yasamal qəbiristanlığında valideynləri və bacısının yanında dəfn olunub. 

Xatırladaq ki, Fuad Musayev AFFA-nın ilk prezidenti olub. O, 1992-2003-cü illərdə federasiyaya rəhbərlik edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right