“Qarabağ”ın Avstriya toplanışı davam edir

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu toplanışın ikinci gününü tək məşqlə tamamlayıb. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Toplu və fiziki çalışmalarla hazırlığa yekun vurulub.

Qeyd edək ki, "atlılar" toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 20-da Rusiyanın "Axmat" klubuna qarşı keçirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right