Sabiq prezident Fuad Musayevin ölümündən danışdı

İki gün əvvəl vəfat edən AFFA-nın ilk prezidenti Fuad Musayevlə vida mərasimi keçirilib.
 
 Newsport.az-ın məlumatına görə, mərasimdə Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov da iştirak edib.

O, Fuad Musayevlə bağlı çoxlu xoş xatirələri olduğunu bildirib:

"O, vətənpərvər insan kimi Azərbaycanı həmişə müdafiə edib"

 Ayaz Mütəllibovun fikrincə, mərhum Fuad Musayev zəhmətkeş insan olub. Onların dostluq münasibətləri çoxdan qurulub:

"Onunla yaxın olmaq, dostluq etmək şəxsən mənim üçün böyük şərəf idi. Biz 1949-cu ildən - uşaqlıqdan tanış idik. Allah ona rəhmət eləsin". (pressday.az)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right