"İnter" Bolu toölanışını başa vurdu

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində keçən "İnter" təlim-məşq toplanışını başa vurub. 
 
Newsport.az-ın məlumatına görə, Zaur Svanadzenin yetirmələri bu gün səhər məşqinə çıxıb.
 
Bu, Bakı klubunun Bolu toplanışı çərçivəsində keçirdiyi son hazırlığı olub.  
 
Xatırladaq ki, "İnter" toplanış çərçivəsində üç yoxlama matçı keçirib. "Ağ-göylər" "Kolumbe Sportive" (1:0), "Zirə" (0:2) və "Vitorul"la (2:1) yoxlama oyununda qüvvəsini sınayıb.
 
“İnter” Bakıya iyunun 19-da qayıdacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right